• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Siyəzəndə avtomobil aşdı - bir ailənin 4 üzvü yaralandı

HADİSƏ

22 May 2025 | 20:09 | Müəllif: Subhan Mahmudov

Siyəzəndə avtomobil aşdı - bir ailənin 4 üzvü yaralandı

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.

Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR