• Bakı 19° C

    2.12 m/s

Səfir: Bu Azərbaycanla məsləhətləşmədən sonra mümkün ola bilər

SİYASƏT

14 Avqust 2025 | 09:43

Səfir: Bu Azərbaycanla məsləhətləşmədən sonra mümkün ola bilər

Pakistanın Ermənistana münasibətində hər hansı hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır:

“Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR