• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verənlər peşman olduqlarını deyiblər

HADİSƏ

04 Sentyabr 2022 | 18:20

Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verənlər peşman olduqlarını deyiblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, görüş onun müavini Elçin Şirinovun birgə iştirakı ilə keçirilib.

Monitorinq zamanı müxtəlif maddələrlə şübhəli şəxs kimi saxlanılan 9 nəfərin saxlanma şəraiti ilə maraqlanılıb.

"Onların arasında fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və mərkəzin psixoloqu Aytac Kazımlı da olub. Monitorinq zamanı onların saxlanma şəraitinə baxış keçirilib. Onlarla söhbət zamanı əməllərindən peşman olduqlarını qeyd ediblər. Direktor N.Hacızadə deyib ki, onunla bağlı yayılan videoda əks olunan uşaq onun tanıdığı olub. O bildirib ki, həmin uşaq onun qucağında böyüyüb. O, həmin vaxt uşağın dırnağını tutduğunu qeyd edib və uşağa əzab vermədiyini bildirib.

A.Kazımlı da söhbət əsnasında törətdiyi əməldən peşman olduğunu bildirib. O, həmin vaxt özündə olmadığını və affekt vəziyyətində olduğunu deyib.

Komitə sədri bildirib ki, onların hər biri vəkillə təmin olunub.

"Saxlanılan şəxslərlə maarifləndirici söhbətlər aparılıb və uşaqlara qarşı zorakılığın yolverilməz olduğu onlara izah olunub. Saxlanılan şəxslərin hər birinin ümumi vəziyyəti normaldır, saxlanma şəraiti qaydasındadır və bununla bağlı heç bir şikayətləri yoxdur". (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR