• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakı metrosunda eskalator dayandı - YENİLƏNİB

HADİSƏ

04 Oktyabr 2022 | 11:41

Bakı metrosunda eskalator dayandı - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-nin "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini basaraq eskalatoru saxlayıb.

Bunu Bakıvaxtı.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, dərhal eskalatora texniki baxış keçirilib, hər hansı texniki nasazlıq aşkar edilməyib.

"Eyni zamanda, sərnişinlərdən xəsarət və yaxud hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb", - deyə o, qeyd edib.

11:02

Bakı metrosunda sərnişinlər xəsarət alıblar.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR