• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda yaşayış binasında YANĞIN

HADİSƏ

02 Noyabr 2022 | 19:55 | Müəllif: Subhan Mahmudov

Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan mənzilin mətbəxində mebel 5 m² sahədə, lambirdən ibarət tavan 18 m² sahədə və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd kondisioner, stol və stullar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR