• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Motosikletlə “Toyota” toqquşdu - VİDEO

HADİSƏ

02 Dekabr 2022 | 11:23

Motosikletlə “Toyota” toqquşdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ümumilikdə 13 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bakıvaxtı.az  xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Həmçinin Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində “Tufan” markalı motosiklet və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib və qəza nəticəsində motosikletin dəmir elementi sürücüsü - 1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlunun ayağına nüfuz edib.

Xilasedicilərin operativ müdaxiləsi sayəsində vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR