• Bakı 16° C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır

HADİSƏ

02 Dekabr 2022 | 12:14

Müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır

Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR