• Bakı 22° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat etdi - YENİLƏNİB

HADİSƏ

04 Oktyabr 2022 | 15:36

Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat etdi - YENİLƏNİB

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyski nəslinin nümayəndəsi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb. O qeyd edib ki, Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun haqq dünyasına qovuşub.

15:26

İstanbulda yaşayan Azərbaycanın tarixi ailələrindən ikisinin nümayəndəsi Leyla Hoyhan dünyasını dəyişib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Dilqəm Əhməd məlumat verib. O bildirib ki, ata tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli Xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi, ana tərəfdən isə AXC-nin xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanovun nəvəsi, böyük Gəncə xanı Cavad Xan Ziyadxanovun nəticəsi olan Leyla Hoyhan Türkiyədə vəfat edib.

Qeyd edək ki, L.Hoyhan bir müddət əvvəl Azərbaycanda və nəsillərinin formalaşdığı Gəncə şəhərində olub.


Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat etdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026