q
  • Bakı 11° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Qurban Qurbanov: "Rəqibin qolunda qapıçı səhvi..."

İDMAN

04 May 2026 | 22:34

Qurban Qurbanov: Rəqibin qolunda qapıçı səhvi...

"Turan Tovuz"un vurduğu qolda həm qapıçı səhvi, həm də futbolçunun ustalıq səviyyəsi var idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Komandamın çıxışından razıyam və futbolçularımı təbrik edirəm. Sıx oyun təqviminə baxmayaraq meydanda istədiyimiz performansı sərgilədilər və sona qədər mübarizə apardılar. Rəqibə növbəti qarşılaşmalarda uğurlar arzulayıram, azarkeşlərimizin dəstəyi isə hər zamankı kimi yüksək səviyyədə idi. "Turan Tovuz"un vurduğu qolda həm qapıçımızın səhvi, həm də rəqib oyunçunun ustalığı rol oynadı".

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.


SON XƏBƏRLƏR

04 May 2026