q
  • Bakı 13° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Paşinyan İlham Əliyevə təşəkkür edib

SİYASƏT

04 May 2026 | 17:41

Paşinyan İlham Əliyevə təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin (ASB) İrəvanda keçirilən sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu sammitdən sonra mətbuata yekun bəyanatında bildirib.

Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da təşəkkür edib.

"Bu gün bütün qitədən və onun hüdudlarından kənarda liderləri bir araya gətirən forum uğurla başa çatdı. Fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim... Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram", - o bildirib.


SON XƏBƏRLƏR