q
  • Bakı 13° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Şifrələr necə təhlükəsiz saxlanmalıdır?

CƏMİYYƏT

04 May 2026 | 17:20

Şifrələr necə təhlükəsiz saxlanmalıdır?

Rəqəmsal təhlükəsizlik sahəsində mütəxəssislər istifadəçilərə şifrələrin qorunması ilə bağlı vacib tövsiyələr veriblər.

Bakıvaxtı.az-ın xəbərinə görə, bildirilir ki, son illərdə kiberhücumların artması fonunda zəif və təkrarlanan şifrələr ciddi risk mənbəyinə çevrilib.

Ekspertlərin sözlərinə görə, istifadəçilər hər bir platforma üçün fərqli və mürəkkəb şifrə seçməlidir. Sadə kombinasiyalar – məsələn, doğum tarixi və ya ardıcıl rəqəmlər – qısa müddətdə sındırıla bilər. Bu səbəbdən böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvolların birgə istifadəsi tövsiyə olunur.

Mütəxəssislər şifrələrin yadda saxlanılması üçün xüsusi proqramlardan istifadənin də vacib olduğunu qeyd edirlər. Belə xidmətlər sırasında LastPass, 1Password və Bitwarden kimi tətbiqlər önə çıxır. Bu proqramlar şifrələri şifrələnmiş formada saxlayaraq istifadəçinin məlumatlarını qoruyur.

Bundan əlavə, iki mərhələli doğrulama sisteminin (2FA) aktivləşdirilməsi tövsiyə olunur. Bu zaman istifadəçi şifrə ilə yanaşı əlavə təsdiq kodu daxil edir. Bu məqsədlə Google Authenticator və Microsoft Authenticator kimi tətbiqlərdən geniş istifadə olunur.

Ekspertlər həmçinin şifrələrin mütəmadi olaraq yenilənməsinin və üçüncü şəxslərlə paylaşılmamasının vacibliyini vurğulayırlar. Açıq mətn şəklində saxlanılan şifrələrin isə asanlıqla oğurlana biləcəyi bildirilir.

Qeyd olunur ki, sadə təhlükəsizlik qaydalarına əməl etməklə istifadəçilər şəxsi məlumatlarını kiber təhdidlərdən daha effektiv şəkildə qoruya bilərlər.

Murad İsmayıl


SON XƏBƏRLƏR