Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinə aid freqatın iki raket zərbəsinə məruz qaldığı iddia edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata əsasən, ABŞ hərbi gəmisi Hörmüz boğazı istiqamətində, Cask bölgəsi yaxınlığında olarkən İran tərəfinin xəbərdarlığına məhəl qoymayıb. Nəticədə həmin freqatın hədəfə çevrildiyi qeyd olunur.
Xəbərdə vurğulanır ki, raket hücumundan sonra gəmi geri dönərək həmin bölgədən uzaqlaşmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, bir müddət öncə İran Silahlı Qüvvələrinin mərkəzi komandanlığı olan "Xatəm əl-Ənbiya" qərargahı ABŞ hərbçilərinin Hörmüz boğazına girməsi halında zərbəyə məruz qalacaqları barədə xəbərdarlıq etmişdi.
Paralel olaraq, ABŞ Prezidenti Donald Tramp da öz ordusunun bağlanmış su yollarında gəmiləri qoruyacağını və sözügedən missiyanın "Project Freedom" adlandırıldığını bəyan etmişdi.
Rəsmi Tehran isə regiondakı təhlükəsizlik vəziyyətini tam olaraq idarə edəcəyini, başda ABŞ ordusu olmaqla bütün xarici hərbi qruplaşmalara qarşı ciddi addımlar atacağını diqqətə çatdırmışdı.
Bakı 




