• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Zelenski Sankt-Peterburq Neft Terminalının vurulmasından DANIŞDI

DÜNYA

03 Iyun 2026 | 11:35

Zelenski Sankt-Peterburq Neft Terminalının vurulmasından DANIŞDI

Ukrayna Prezidenti Vladimir Zelenski Sankt-Peterburq Neft Terminalının vurulduğunun təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Telegram” kanalında bildirib.

Ukrayna lideri dünən gecə Rusiya ərazisindəki mühüm hədəflərin vurulduğunu qeyd edib:

"Bunların arasında Sankt-Peterburq Neft Terminalı da var. Ukrayna sərhədimizdən müharibə üçün işləyən bu Rusiya neft obyektinə qədər olan məsafə təxminən 1100 kilometrdir. Kronştadt hava bazasındakı sırf hərbi hədəflər də vurulub", - deyə prezident bəyan edib.

Pilotsuz uçuş aparatları ilə həyata keçirilən bir sıra zərbələrdən sonra Sankt-Peterburqdakı neft terminalı ərazisində çoxsaylı böyük yanğınlar qeydə alınıb.

Yusif Şükürov

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


SON XƏBƏRLƏR

03 Iyun 2026