• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Yeniyetmə övladını ərə vermək istəyən ata həbs olundu

CƏMİYYƏT

04 May 2026 | 21:02 | Müəllif: Subhan Mahmudov

Yeniyetmə övladını ərə vermək istəyən ata həbs olundu

Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olundu

Bakıvaxtı.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Şəki rayon sakini 16 yaşına çatmayan şəxsin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər-Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026