“Santos”da çıxış edən Neymar komandanın məşqi zamanı insidentin iştirakçısı olub.
Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı vinger Braziliya millisində keçmiş komanda yoldaşı Robinonun oğlu Robinho Juniorla mübahisə edib. Bu barədə “Ge Globo” məlumat yayıb.
Qarşıdurma oyun epizodundan sonra başlayıb. Belə ki, 18 yaşlı futbolçu driblinq zamanı Neymarı keçib. Bu isə ulduz futbolçunun narazılığına səbəb olub. Neymar bunu hörmətsizlik kimi qəbul edib.
Emosional reaksiya zamanı oyunçular arasında itələşmə baş verib. Neymar əsəbi halda hətta komanda yoldaşını vuraraq yerə yıxıb. Lakin məşqdən sonra vəziyyət sakitləşdirilib. Futbolçular danışıb və braziliyalı oyunçu davranışına görə üzr istəyib.
Qeyd edək ki, Neymar cari mövsümdə “Santos”un heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 




