Transfer bazarında maraqlı iddialar gündəmə gəlib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın “Roma” və Türkiyənin “Fənərbağça” klubları “Marsel”in ingilis futbolçusu Meyson Qrinvudla maraqlanır.
Məlumata görə, Fransa təmsilçisi 23 yaşlı hücumçunun transferi üçün 50 milyon avro tələb edir.
Klubların yaxın günlərdə rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.
Lumu Zülfüqarova
BDU-nin Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




