• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Günəşdə baş verən partlayışın Yerə təsiri ola bilərmi?

DÜNYA

03 Iyun 2026 | 17:21

Günəşdə baş verən partlayışın Yerə təsiri ola bilərmi?

İyunun 3-ü səhər saatlarında Günəşdə yüksək gücə yaxın yeni partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 09:00) Günəşin 4455 nömrəli aktiv bölgəsində rentgen şüalanması spektrində M7.8 gücündə partlayış baş verib. Hadisənin təxminən 27 dəqiqə davam etdiyi bildirilib.

Qeyd edilib ki, bundan əvvəl daha güclü hesab olunan M9.3 səviyyəli Günəş partlayışı da müşahidə olunmuşdu. /Milli.az


SON XƏBƏRLƏR

03 Iyun 2026