• Bakı 22° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Xameneinin dəfn mərasimində hava məkanı tamamilə bağlanacaq

DÜNYA

03 Iyul 2026 | 12:55 | Müəllif: Aynur Babazadə

Xameneinin dəfn mərasimində hava məkanı tamamilə bağlanacaq

İran hakimiyyəti ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı təhlükəsizlik tədbirləri çərçivəsində iyulun 6-sı Tehran üzərində hava məkanını tamamilə bağlayacaq.

Bakıvaxtı.az "Mehr"ə istinadən xəbər verir ki, bu barədə Milli Mülki Aviasiya Təşkilatının rəhbəri Hosseyn Purfarzanə bildirib.

Onun sözlərinə görə, həmin gün İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması da planlaşdırılır.

Xatırladaq ki, İranın keçmiş ali lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub. Döyüş əməliyyatları səbəbindən onun dəfni dörd ay təxirə salınıb və yalnız tərəflərin iyunun 18-də münaqişənin nizamlanmasına dair memorandum imzalamasından sonra, iyul ayında mümkün olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026