• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Cəlilabadda qətl törədilib - DETALLAR

HADİSƏ

03 Iyun 2026 | 22:25

Cəlilabadda qətl törədilib - DETALLAR

Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

 

****
18:36

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Iyun 2026