• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi

DÜNYA

03 Iyun 2026 | 19:11

Küveyt iki İran diplomatını arzuolunmaz şəxs elan etdi

Küveyt hökuməti iki İran diplomatını "persona non grata" ("arzuolunmaz şəxs") elan edib və onlara 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.

Bakıvaxtı.az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Qərar Küveyt və İran arasında münasibətlərin ölkəyə son raket-dron hücumundan sonra kəskin şəkildə pisləşməsi fonunda qəbul edilib. Daha əvvəl İran tərəfi ABŞ-nin İran hədəflərinə endirdiyi zərbələrə görə məsuliyəti Küveyt və Bəhreynin üzərinə qoyub və bəyan edib ki, onların ərazisi və infrastrukturu İrana qarşı hərbi planların həyata keçirilməsi üçün istifadə edilib.

Xatırladaq ki, iyunun 3-də Küveyt Beynəlxalq Hava Limanı İran raketləri və PUA-larının hücumuna məruz qalıb. Zərbə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb, aeroport infrastrukturu obyektlərinə ziyan dəyib.


SON XƏBƏRLƏR

03 Iyun 2026