• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Erməni general işdən çıxarıldı

SİYASƏT

12 Oktyabr 2026 | 12:32 | Müəllif: Əli Hüseynov

Erməni general işdən çıxarıldı

Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Nikol Paşinyanın təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Artsvik Qriqoryan Xüsusi Ordu Korpusu komandanının müavini vəzifəsindən azad edilsin", - fərmanda bildirilib.

O bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026