• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Bu məşhura hücum edildi, mühafizəçisi öldürüldü 

HADİSƏ

03 Iyun 2026 | 19:13

Bu məşhura hücum edildi, mühafizəçisi öldürüldü 

Türkiyəli sosial media fenomeni Dilan Polad və ailəsi istirahət etdikləri oteldə silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə ailənin Alaçatıda tətildə olduğu zaman baş verib. Dilan Poladın həyat yoldaşı Engin Poladın həm də əmisi oğlu olan şəxsi mühafizəçisi Can Polad güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücum zamanı otel otağında qalan Dilan Polad dərhal sosial şəbəkədə canlı yayım açaraq kömək istəyib:

“Yalvarıram, bura polis və təcili yardım göndərin... Can Poladı vurdular. Allahım, həyatımız artıq zindana döndü. Nə olar kömək edin, hamımız otaqda qapalı qalmışıq".


SON XƏBƏRLƏR

03 Iyun 2026