• Bakı 19° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

PFL-nin yeni prezidenti o ola bilər

İDMAN

03 Iyun 2026 | 19:57

PFL-nin yeni prezidenti o ola bilər

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin adı gündəmə gəlib.

Bakıvaxtı.az “Newsport.az”a istinadla xəbər verir ki, AFFA əməkdaşı Fərhad Ələkbərov PFL-nin tarixində 3-cü prezident ola bilər.

Mənbənin bildirdiyinə görə, Fərhad Ələkbərov punktuallığı, peşəkarlığı və savadı ilə seçilən şəxslərdəndir. O, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində aktiv iştirak edib, təşkilatçılıq bacarığı ilə diqqət çəkib.

Bununla yanaşı, iş prinsiplərində kifayət qədər sərt və qətiyyətli mövqeyi ilə tanınır. Təbii ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin adıçəkilən namizədlər arasında Fərhad Ələkbərovun da müzakirə olunması AFFA və PFL ətrafında maraqlı gözləntilər formalaşdırıb.


SON XƏBƏRLƏR

03 Iyun 2026