q
  • Bakı 13° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib

CƏMİYYƏT

04 May 2026 | 17:55

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.

Xatırladaq ki, ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR