q
  • Bakı 11° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

İran BƏƏ-də neft obyektini vurmadığını bildirib

DÜNYA

04 May 2026 | 22:42

İran BƏƏ-də neft obyektini vurmadığını bildirib

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək kimi hər hansı bir niyyəti yoxdur və o, qarşısına belə bir vəzifə qoymayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) ölkənin hərbi komandanlığının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan az əvvəl BƏƏ-nin rəsmi nümayəndələri Əl-Fuceyra əmirliyindəki neft sənayesi obyektinə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində böyük yanğın baş verdiyi barədə məlumat verib. Mülki müdafiə qüvvələri yanğının söndürülməsi üçün dərhal hadisə yerinə göndərilib.

Daxil olan məlumatlara görə, insident nəticəsində 3 Hindistan vətəndaşı yaralanıb.


SON XƏBƏRLƏR