• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

GHz nədir? - Prosessor sürəti haqqında bilməli olduqlarınız

MULTİMEDİA

04 May 2026 | 16:47 | Müəllif: Zeynəb Rzayeva

GHz nədir? - Prosessor sürəti haqqında bilməli olduqlarınız

Kompüter və smartfon seçərkən istifadəçilərin tez-tez qarşılaşdığı anlayışlardan biri GHz göstəricisidir. Bu termin cihazın nə qədər sürətli işləyə bildiyini göstərən əsas parametrlərdən sayılır.

Bakıvaxtı.az xəbər verir ki, Intel və AMD kimi istehsalçıların məlumatına görə, GHz (gigahertz) prosessorun saniyədə neçə əməliyyat dövrü yerinə yetirdiyini göstərir. 1 GHz saniyədə 1 milyard dövr deməkdir.

Məsələn, 3 GHz tezliyə malik prosessor saniyədə təxminən 3 milyard əməliyyat dövrü icra edə bilər. Bu isə proqramların daha sürətli işləməsi və sistemin daha çevik olması ilə nəticələnir.

Texnologiya platforması How-To Geek bildirir ki, yüksək GHz hər zaman daha yaxşı performans demək deyil. Çünki prosessorun nüvə sayı, keş yaddaşı və arxitekturası da ümumi sürətə təsir edən əsas amillərdir.

Mütəxəssislər qeyd edir ki, müasir cihazlarda performansı qiymətləndirərkən yalnız GHz göstəricisinə deyil, ümumi texniki xüsusiyyətlərə diqqət yetirmək vacibdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026