Ayaz Mustafayev "Space" televiziyasına yeni baş direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az onunla əlaqə saxlayıb, planlarını soruşub.
O bildirib ki, TV rəhbəri olmaq ciddi məsuliyyətdir:
"Qarşıda bizi böyük işlər gözləyir. "Space" TV böyük bir kanaldır, ümid edirəm ki, biz də iri işlərə imza atacağıq".
Baş direktor qeyd edib ki, qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı addımlar atılacaq:
"Yaxın günlərdə hansı yeniliklərin ediləcəyi məlum olacaq".
Bakı 




