• Bakı 24° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

NİİM sürücülərə müraciət edib

CƏMİYYƏT

04 May 2026 | 12:42 | Müəllif: Əli Hüseynov

NİİM sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:

    "Xüsusilə də svetoforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir. Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

    Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir".

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Oktyabr 2026
    10 Oktyabr 2026