q
  • Bakı 12° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

"Formula 1"ə könüllü qeydiyyatı BAŞLADI

CƏMİYYƏT

04 May 2026 | 14:10

Formula 1ə könüllü qeydiyyatı BAŞLADI

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.

Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.

2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.


SON XƏBƏRLƏR