q
  • Bakı 13° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Zelenski və Fitso qarşılıqlı səfərlər barədə razılığa gəlib

DÜNYA

04 May 2026 | 15:23

Zelenski və Fitso qarşılıqlı səfərlər barədə razılığa gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiyanın Baş naziri Robert Fitso Kiyev və Bratislavaya qarşılıqlı səfərlərin təşkilini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bu barədə İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində baş nazirlə görüşdən sonra sosial şəbəkələrdə məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukrayna Slovakiya ilə konstruktiv dialoqa açıqdır və möhkəm ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

"Biz müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin yaxın vaxtlarda hökumətlərarası komissiya formatında hökumətlərin iclasının keçirilməsini müzakirə etdik. Kiyev və Bratislavaya səfər mübadiləsindən danışdıq - komandaların qrafik üzərində işləyəcəyi barədə razılaşdıq", - o yazıb.

Ukrayna Prezidenti həmçinin qeyd edib ki, tərəflər ölkənin Avropa İttifaqına üzvlük məsələsinə toxunublar.

"Slovakiyanın Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməsi və bu yolda kömək etməyə hazır olması vacibdir. Bunun üçün təşəkkür edirəm", - Zelenski vurğulayıb.


SON XƏBƏRLƏR