q
  • Bakı 13° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Hava “oyunları” sağlamlığımızı riskə atır: Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

04 May 2026 | 11:07

Hava “oyunları” sağlamlığımızı riskə atır: Həkimdən XƏBƏRDARLIQ

Yazın ortası olmasına baxmayaraq, ölkə ərazisində bu fəslə xas uyğun olmayan hava şəraiti müşahidə olunur. Bəs bu cür hava şəraiti sağlamlığımıza necə təsir göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-terapevt Zakir Quliyev bildirib ki, son günlər havaların dəyişkən keçməsi, temperaturun tez-tez enib-qalxması və mövsümə uyğun olmaması insanların sağlamlığına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, belə hava şəraiti orqanizmin uyğunlaşma prosesini çətinləşdirir, immun sistemini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır:

“Ən çox rast gəlinən problemlərdən biri soyuqdəymə, qrip, boğaz ağrısı, öskürək, bronxit və digər tənəffüs yolu xəstəlikləridir. Xüsusilə səhər və axşam saatlarında havanın sərin, gündüz isə isti olması insanlarda tez üşütməyə səbəb olur”.

Müsahibimiz qeyd edib ki, bununla yanaşı, allergiyası olan insanlarda asqırma, burun axması, göz qaşınması kimi hallar arta bilər. Astma və hypertension, ürək-damar xəstəlikləri, miqren problemi olan şəxslər də hava dəyişikliklərini daha həssas şəkildə hiss edirlər. Bəzi insanlarda yorğunluq, halsızlıq, yuxu pozğunluğu və əhval dəyişkənliyi də müşahidə olunur.

Zakir Quliyev: Qaydalara əməl etməklə dəyişkən hava şəraitinin sağlamlığa mənfi təsirini azaltmaq mümkündür

Həkim onu da bildirib ki, belə hallardan qorunmaq üçün ilk növbədə hava şəraitinə uyğun geyinmək lazımdır:

“Qat-qat geyim seçmək gün ərzində temperatur dəyişəndə rahatlıq yaradır. Sağlam qidalanmaq, vitaminlərlə zəngin meyvə və tərəvəzlər qəbul etmək, bol su içmək və kifayət qədər yatmaq immun sistemini gücləndirir. Şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, qapalı məkanları havalandırmaq və xəstə insanlarla yaxın təmasdan çəkinmək də vacibdir”.

“Hər gün yüngül idman və gəzinti etmək orqanizmin müqavimətini artırır. Xroniki xəstəliyi olan şəxslər dərmanlarını vaxtında qəbul etməli, səhhətlərində narahatlıq hiss etdikdə isə həkimə müraciət etməlidirlər. Bu qaydalara əməl etməklə dəyişkən hava şəraitinin sağlamlığa mənfi təsirini azaltmaq mümkündür”, - deyə Zakir Quliyev əlavə edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR

03 May 2026