q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Ermənistan konsitusiyasını dəyişəcək? - Politoloqdan 4 MÜHÜM AMİL

SİYASƏT

04 May 2026 | 16:44

Ermənistan konsitusiyasını dəyişəcək? - Politoloqdan 4 MÜHÜM AMİL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxış edib.

Ölkəmizin başçısı qeyd edib ki, cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik. Azərbaycan lideri xatırladıb ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri birgə bəyannamə imzaladılar:

“Prezident Tramp da şahid qismində bu sənədi imzaladı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və mən əminəm ki, bizim üçün də, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallaşıb”.

Azərbaycan prezidentinin məlum konseptual çıxışından sonra Ermənistan Konstitusiyasına Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyan dəyişikliyin edilməsi barədə referendumun keçirilməsi və Ermənistan cəmiyyətinin buna hazır olub-olmaması barədə müzakirələr aktuallaşıb.

Politoloq Zərdüşt Əlizadə bu məsələni Bakıvaxtı.az-a 4 amillə izah edib:  

“Birinci amil odur ki, Ermənistan və Azərbaycan arasında müharibə baş tutdu. Təcavüzkar Ermənistan ordusu məğlub və darmadağın oldu. Azərbaycan öz ərazisini azad etdi. İndi Azərbaycan məğlub Ermənistanla normal qonşu dövlət kimi münasibətlər qurmağa çalışır”.

İkinci amilə diqqət çəkən politoloq vurğulayıb ki, 30-35 il işğalçılıq iddiası ilə yaşayan Ermənistan cəmiyyəti məğlubiyyətdən sonra ağır sarsıntılar keçirir:

“Rəsmi Bakı isə bildirir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə normal, sağlam  münasibətlər qurmalıdır, digər tərəf isə iddia edir ki, Qarabağı geri almalıyıq. Amma Ermənistan cəmiyyətində həmin kəsim azdır. Onlar məğlub olublar və cəmiyyət onları get-gedə qətiyyətlə rədd edir. Üçüncü amil odur ki, Ermənistana keçiriləcək parlament seçkilərində Paşinyan yenə qalib gələcək. Hətta iş o yerə çatıb ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Cəmiyyətin gözü qarşında ondan xahiş edib ki, Rusiyapərəst qüvvələrə parlamentə düşmə imkanı versin. Putin anlayır ki, Paşinyanın partiyası tam qələbə qazana bilər”.

Zərdüşt Əlizadə: Gerçəklikdə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşacaq

Müsahibimiz qeyd edib ki, dördüncü amil Paşinyanın qalib gələndən sonra konstitusiyaya dəyişiklik edib-etməməklə bağlı referendum keçirməsidir.

Z.Əlizadə onu da əlavə edib ki, faktiki olaraq, Ermənistan Azərbaycana qarşı təcavüz imkanından məhrumdur:

“Onun hərbi, maliyyə və bəşəri qüvvəsi yoxdur ki, Qarabağı geri alsın. Qarabağı tərk etmiş əhalinin 20 faizi Ermənistandan çıxıb gedib. Bəxti gətirənlər Fransa və Amerikaya köçüb, digərləri isə Rusiyaya. Ermənistan cəmiyyəti qısas, intiqam və revanş haqqında düşünə bilmir. Belə olan halda kimdir konstitusiyaya baxan? Heç Amerikada konstitusiyaya baxan yoxdur. Ermənistan, Gürcüstan və Rusiyada da belədir. Belə bir şəraitdə konstitusiyada dəyişilikliyin olub-olmayacağı, müstəqillik haqqında bəyannaməyə istinad olub-olmayacağı önəm kəsb etmir. Gerçəklikdə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşacaq. Ermənistanla Türkiyə arasında sərhədlər açılacaq. Konstitusiya bir kağız parçasıdır. Ona fikir vermədən Azərbaycanla Ermənistan arasında iqtisadi, ticari, bəşəri və mədəni münasibətlər normallaşacaq”.

Aydın  Baxış


SON XƏBƏRLƏR