• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yaponiya ADB-yə sədrlik edəcək

DÜNYA

04 May 2026 | 14:38 | Müəllif: Əli Hüseynov

Yaponiya ADB-yə sədrlik edəcək

Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib.

"Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.

Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yohann Zaathoff, Timor-Leşti üzrə isə maliyyə naziri Santina Joze Rodriqes Ferreyra Vieqas Kardoso icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026