• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Dilqəm Əsgərov gileyləndi: "Ördək satıb, dolanıram"

CƏMİYYƏT

04 May 2026 | 20:46 | Müəllif: Subhan Mahmudov

Dilqəm Əsgərov gileyləndi: "Ördək satıb, dolanıram"

"Başımı birtəhər girləyirəm, dolanma çətinləşib".

Bu sözləri "Bakıvaxtı.az"a Kəlbəcərə ata-babalarının qəbrini ziyarətə gedərkən, separatçılar tərəfindən girov götürülüb, Prezident İlham Əliyevin iradəsi sayəsində girovluqdan azad edilən Dilqəm Əsgərov deyib.

O qeyd edib ki, ölkəyə gətiriləndən sonra ördək saxlamaqla məşğuldur: " 80 azn veteran pulu alıram, başqa gəlirim yoxdur. Bir zibillik vardı, oranı təmizləyib, həmin yerdə ördək saxlayıram. Böyüdüb, satıram və birtəhər dolanıram. Kiçik oğlum da işsizdir.Şəmkirdə  küçələrdə zibil yığan işləyirdi, onu da çıxardılar. Kiçik oğlumun 35 yaşı var, ailəlidir, 2 övlad atasıdır. Mən girovluqda olanda həyat yoldaşıma yardım verirdilər, onu da dayandırıblar. İndi çətinliklə dolanırıq". 

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026