q
  • Bakı 11° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

"Prezidentin fikrini dinləmək çox maraqlı oldu" - Meloni

SİYASƏT

04 May 2026 | 23:16

Prezidentin fikrini dinləmək çox maraqlı oldu - Meloni

"Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu  İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata açıqlamasında deyib. 

"Aydın şəkildə, mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir", - deyə Meloni bildirib. 


SON XƏBƏRLƏR

04 May 2026