• Bakı 27° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Prezident: Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq

İQTİSADİYYAT

11 Avqust 2026 | 23:00

Prezident: Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissənin olduğunu xatırladıb və sabah əlavə tədbirlər barədə Sərəncam imzalayacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

"Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026