“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Valdas Dambrauskasın komandası III təsnifat mərhələsinin cavab görüşündə Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.
Masazır təmsilçisinin heyətində Velko Simiç 59-cu, Stiv Solvet 67-ci, Coy-Lens Mikels 79-cu, Xander Severina isə 89-cu dəqiqədə fərqlənib.
“Sabah” səfərdə keçirilən ilk qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlük qazanan “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
***
21:39
"Sabah" "Orhus"la qarşılaşmada fərqi 3-ə çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, Masazır təmsilçisinin heyətində üçüncü qolun müəllifi 79-cu dəqiqədə Coy Lens Mikels olub.
***
21:31
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
67-ci dəqiqədə Stiv Solvet başla dəqiq oynayıb.
***
21:23
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" "Orhus"u qəbul edir.
Bakıvaxtı.az xəbər verir ki, matçın ikinci hissəsində Masazır təmsilçisi hesabı açıb.
59-cu dəqiqədə qolun müəllifi Velko Simiç olub.
***
21:10
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyunda hesab açılmayıb - 0:0.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
***
20:47
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" "Orhus"u qəbul edir.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi başa çatıb.
Komandalar fasiləyə 0:0 bərabərliklə yollanıblar.
***
20:02
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı 



