• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı 

HADİSƏ

11 Avqust 2026 | 21:05

Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı 

Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.

Məlumata görə,  kəskin qoxunun yaşayış binasının blokuna yayılmasından narahat olan qonşular polisə müraciət ediblər. İstanbul polisi qapını açaraq azərbaycanlı iş adamının cansız bədənini aşkar edib. Eyni zamanda mənzilin hər yerində qan izlərinin olduğu müəyyənləşib.

Ən maraqlısı isə odur ki, həmin evdə iş adamının bacısı çarpayıda yatmış vəziyyətdə olub və bir həftə ərzində eyni evdə qalıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Həmin qadın evdən çıxarılaraq təcili tibbi yardım müəssisəsinə yerləşdirilib.

Məlumata görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

Aazərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR