Fələstin Prezidenti Mahmud Abbas iki günlük rəsmi səfər çərçivəsində Türkiyənin paytaxtı Ankaraya gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində M.Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Görüş zamanı Fələstin və regionda baş verən son proseslərin, eləcə də Türkiyə ilə Fələstin arasında ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.
Bakı 



