q
  • Bakı 13° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Onlar MİQ imtahanında iştirak haqqı ödəməyəcək

CƏMİYYƏT

24 Aprel 2026 | 15:58

Onlar MİQ imtahanında iştirak haqqı ödəməyəcək

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bəzi şəxslər sözügedən imtahanda ödənişsiz olaraq iştirak edə biləcəklər.

Belə ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə ilk dəfə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azaddırlar.


SON XƏBƏRLƏR