q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

11 yaşlı oğlunu aeroportun tualetində öldürdü

DÜNYA

24 Aprel 2026 | 14:10

11 yaşlı oğlunu aeroportun tualetində öldürdü

ABŞ-də 37 yaşlı Giovanni Perez 11 yaşlı oğlunu hava limanının tualetində öldürüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Nevada ştatındakı Elko Airport ərazisində baş verib.

37 yaşlı Giovanni Perez oğlu Kallan ilə birlikdə kirayə götürdükləri avtomobillə səyahət edirmiş. Avtomobil xarab olduqdan sonra, yeni nəqliyyat vasitəsi götürə bilmələri üçün maşın aerodromun dayanacağına aparılıb.

Oğlan tualetə gedib. Hələlik məlum olmayan səbəbdən ata onun ardınca daxil olaraq oğluna atəş açıb. Yaralını xilas etmək mümkün olmayıb. Bir müddət sonra ata qeydiyyat sahəsi yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Polisin müəyyən etdiyinə görə, uşaq daha əvvəl atasına həsr olunmuş esse yazaraq “İlin atası” adlı müsabiqədə üçüncü yer qazanıb. Hadisənin bütün halları araşdırılır./Lent.az


SON XƏBƏRLƏR