• Bakı 20° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Bu dəmir yolu da açıldı

DÜNYA

24 May 2026 | 10:05

Bu dəmir yolu da açıldı

Ermənistan Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Nikol Paşinyan bu barədə sosial şəbəkədə paylaşım edib.

“Sevinclə elan edirəm ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir”, - deyə Ermənistan Baş naziri vurğulayıb.

Nikol Paşinyan qeyd edib ki, hazırda Ermənistanın Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, Rusiya və Qazaxıstan vasitəsilə Çinlə, bundan sonra isəb Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi mövcuddur:

“Yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran dəmir yolunun açılması gözlənilir. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”.

     


    SON XƏBƏRLƏR

    23 May 2026