q
  • Bakı 11° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Maşınları mülki şəxslər cərimələyib? - “AzParking”dən rəsmi açıqlama

CƏMİYYƏT

24 Aprel 2026 | 16:34

Maşınları mülki şəxslər cərimələyib? - “AzParking”dən rəsmi açıqlama

"Son günlər sosial şəbəkələrdə yayılan və mülki geyimdə olan vətəndaş tərəfindən nəqliyyat vasitələrinin “cərimələnməsinin” iddia olunduğu video yayılıb.  Bildiririk ki, yayılan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir".  

Bu barədə Bakıvaxtı.az-a “AzParking”dən məlumat verilib. 

Qeyd olunub ki, “AzParking”in parklanma xidməti üzrə bütün əməkdaşları yalnız xüsusi təsdiq olunmuş iş geyimində fəaliyyət göstərir.

"Mülki geyimdə hər hansı şəxsin parklanma üzrə monitorinq  etmək səlahiyyəti mövcud deyildir. Sosial şəbəkələrdə yayılan videoda əks olunan şəxsin “AzParking” ilə heç bir əlaqəsi yoxdur.

Bununla əlaqədar olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamağa çağırırıq. Bu kimi halların ictimaiyyət arasında çaşqınlıq yaratdığını və qurumun nüfuzuna xələl gətirdiyini nəzərinizə çatdıraraq bildiririk ki, yanlış məlumatların yayılması ilə bağlı hüquqi tədbirlər tərəfimizdən görüləcəkdir.

Vətəndaşlardan xahiş edirik ki, hər hansı şübhəli hal ilə qarşılaşdıqda rəsmi kanallar vasitəsilə “AzParking” ilə əlaqə saxlasınlar", - məlumatda qeyd olunub. 


SON XƏBƏRLƏR