q
  • Bakı 11° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

CƏMİYYƏT

24 Aprel 2026 | 17:42

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib

Bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

"Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR