Belarusun silahlı qüvvələrinə, digər qoşunlarına və hərbi birləşmələrinə ümumilikdə təxminən 10 000 şəxsi heyətin göndərilməsi planlaşdırılır.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmçinin ehtiyatda xidmət etmək üçün təxminən 600 şəxsi heyətin göndərilməsi də planlaşdırılır. Yeni əsgərlər 23 mayda hərbi and içəcəklər.
İlk gün təxminən 1000 çağırışçı Belarus qoşunlarına qoşulacaq. Onlar xüsusi əməliyyat qüvvələrinin, Minsk Hərbi Komendantlığının, 72-ci Qvardiyanın Birgə Təlim Mərkəzinin, 361-ci Mühafizə və Xidmət Bazasının və sərhəd xidmətinin sıralarına qoşulacaqlar.
Belarus vətəndaşlarının 2026-cı ilin mart ayından may ayına qədər məcburi hərbi xidmətə və ehtiyatda xidmətə çağırılması Belarus Prezidentinin fərmanına uyğun olaraq həyata keçirilir.
Gülşən Şərif
Bakı 




