q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi

CƏMİYYƏT

24 Aprel 2026 | 14:35

Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi

Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Qulu Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin martında baş verib. Qulu Məmmədov mübahisə zəminində tanışı Şamil Nəbiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. O, barəsində verilmiş axtarış tədbirləri ilə saxlanılaraq istintaqa cəlb edilib.

Onu da bildirək ki, tərəflər arasında barışıq olduğundan məhkəmə onun barəsindəki Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsini 126.1-ci maddəsinə tövsif edərək hökm çıxarıb.


SON XƏBƏRLƏR