q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Ümumdünya Şəhərsalma Forumu ilə bağlı qanun layihəsi müzakirə olunacaq

SİYASƏT

24 Aprel 2026 | 11:34

Ümumdünya Şəhərsalma Forumu ilə bağlı qanun layihəsi müzakirə olunacaq

Azərbaycan Respublikası Milli Məclisinin 27 aprel tarixində keçiriləcək iclasının gündəliyinə mühüm qanun layihəsi daxil edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, gündəliyə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sənədin məqsədi 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə təşkili üçün BMT ilə əməkdaşlığın hüquqi və maliyyə çərçivəsinin müəyyənləşdirilməsidir.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, forumun təşkilati hazırlıq işlərinin sürətləndirilməsi və beynəlxalq standartlara uyğun keçirilməsi üçün əlavə hüquqi baza formalaşacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Aprel 2026