q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

ABŞ-də tornodo: xəsarət alanlar var

DÜNYA

24 Aprel 2026 | 08:31

ABŞ-də tornodo: xəsarət alanlar var

ABŞ-də tornoda baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "ABC" televiziya şirkətinin məlumatına görə, təbiət hadisəsi Oklahoma ştatının şimalında qeydə alınıb.

Tornado nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Məlumata əsasən, təbii fəlakət Qarfild dairəsinə təsir göstərib və Vens Hərbi Hava Qüvvələri bazasına kiçik ziyan vurub.

Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatı aparır.

Xəsarət alanların sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.


SON XƏBƏRLƏR

23 Aprel 2026