Finlandiyalı bloqer Coni Hesselqren Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirdiyi estetik əməliyyatdan sonra müvəqqəti olaraq görmə qabiliyyətini itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Bildirilib ki, 30 yaşını qeyd etmək üçün radikal üz gərmə əməliyyatı etdirmək qərarına gələn bloqer əvvəlcə bu məqsədlə Türkiyəyə getməyi planlaşdırıb.
Türkiyəli həkimlər isə onun yaşını nəzərə alaraq əməliyyatdan imtina ediblər.
Məlumata görə, Hesselqren daha sonra əməliyyat üçün Seula üz tutub. Qeyd olunub ki, əməliyyat zamanı o, xeyli qan itirib.
Narkozdan ayıldıqdan bir gün sonra Hesselqren 15 saat ərzində görmə qabiliyyətini itirib.
Bakı 





