İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərracda 1 yarımçıq tikili, 2 kiçik dövlət müəssisəsi və 37 nəqliyyat vasitəsi satılıb.
ƏMDX-dən Bakıvaxtı.az-a bildirilib ki, rəqabətli keçən hərracda start qiyməti 166 min manat olan, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən kafe 250 min manata özəlləşdirilib.
Daha bir kiçik dövlət müəssisəsi - Şəki rayonu, Qızılarx kəndində yerləşən əmlak kompleksi isə 180 min manata sahibini tapıb. Həmçinin Sumqayıt şəhərində yerləşən tikintisi yarımçıq qalmış yaşayış kompleksinin 14 milyon 870 min manata satışı reallaşıb.
Bakı 




